Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüş

            Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld ilə görüş keçirib.

          Görüşdə, tərəflər işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı minatəmizləmə və əlaqəli şəkildə aparılan bərpa-yenidənqurma fəaliyyəti, eləcə də minatəmizləmə sahəsində yerli və beynəlxalq təşkilatların mümkün iştirakı barədə müzakirələr edib.

          Görüş əsnasında Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinə Böyük Britaniyanın dəstəyi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.