ANAMA 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində iştirak edir

3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” Rebuild Karabakh 2023 sərgisində Agentlik işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən icra edilən fəaliyyəti əks etdirən elementlər, əməliyyatlar zamanı zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursat maketləri, habelə VR eynək vasitəsilə minalarla çirklənmiş ərazilərə vitual tur nümayiş edir. Eləcə də təhlükəli ərazilərin əlamətləri, mina xəbərdaredici işarələr, riskli ərazilərdə davranış qaydaları barədə ziyarətçilər və sərgi iştirakçıları interaktiv sahə vasitəsilə məlumatlandırılır.