UNEC TF tərəfindən ANAMA əməkdaşlarına strateji kommunikasiya və böhran idarəçiliyi sahəsində təlim keçirilib

UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ekspertləri üçün “Strateji kommunikasiya və böhran idarə edilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə, qurum-cəmiyyət və strateji kommunikasiya, fokus qruplarla münasibətlərin inkişafı, kommunikasiyanı səciyyələndirən əsas şərtlər, rəqəmsallaşma, böhran kommunikasiyası, eləcə də media ilə qarşılıqlı əməkdaşlıq və prioritetlərə uyğun istiqamətlərin müəyyən edilməsi sahəsində zəruri bilik və bacarıqlar barədə məlumat verilib.

Dövlət oqranlarının böhran vəziyyətlərində şablon və ssenarilərinin mütəmadi şəkildə yenilənməsi, böhran hallarının öncədən proqnozlaşdırılmasının müstəsna xarakter daşıdığı vurğulanıb.