ANAMA yanında İctimai şuraya təkrar seçkilər keçiriləcək.

2023-cü il 22 avqust tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət səsvermə keçirilib.

Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 2 namizəd İctimai Şuranın üzvü seçilib.

·       Mirzəyev Umud Rəhim oğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondu

·       Qasımov Rey Kərim oğlu - “Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası” İB

ANAMA yanında İctimai Şuranın 7 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi nəzərdə tutulduğundan boş qalan 5 yer üçün 26 avqust 2023-cü il tarixdə saat 10:00-dan 13:00-dək Agentliyin baş ofisində (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan)  namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcəkdir.

Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti nümayəndələrinin seçici qismində iştirakları nəzərdə tutulub.