Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

Təlim, Tədqiqat və Keyfiyyətə təminat qurumu

TTKTQ ANAMA-nın qurumu olaraq Baş Qərargahın Təlim Ehtiyacları Analizlərinə uyğun olaraq şəxsi heyət üçün təlim kurslarının keçirilməsinə və əməliyyatların Mina Aksiyası üzrə Milli və Beynəlxalq Standartlara və müxtəlif Standart Əməliyyat Qaydalarına uyğunluğunun qiymətləndirilməsinə cavabdehdir.

Qurumun əsas funksiyaları:

1. TəlimlərMilli və beynəlxalq heyət üçün təlimlər, təkrarlama təlimləri və yeniliklərin çatdırılması.
2. MonitoringlərUyğunsuzluqların önlənməsi məqsədilə əməliyyat və təchizat xidmətlərinin monitorinqi.
3. Keyfiyyətə NəzarətTəftişlər vasitəsilə uyğunsuzluqların aşkarlanması məqsədilə təmizlənmiş sahələrdən nümunələrin götürülməsi və keyfiyyət dərəcəsinin yüksəldilməsi.
4. SkanninqDaha təkmil maqnitometrlər vasitəsilə Xarici Keyfiyyət Yoxlamalarına dəstək verilməsi.
5. Sınaqlar və TestlərYeni növ avadanlıqların sınaqları və təklif edilmiş yeni qaydaların test edilməsi.
6. Ümumi kəşfiyyatlarBaş qərargahın sifarişləri əsasında ümumi və təkrar kəşfiyyatların icra olunması.
7. İbtidai araşdırmalarUyğunsuzluq və qəzaların ibtidai araşdırılması.

Təlim üzrə nailiyyətlərimiz: 2001-2019

194 təlim kursu
2074 müdavim
315 nəfəri  əcnəbi müdavim.

Kimlər ANAMA-nın təlimlərində iştirak edir ?
ANAMA və İcraçı QHT-lər, Humanitar əməliyyatlarla məşğul olan yerli və xafrici mülki və hərbi qulluqular, yerli və xarici ölkələrin Fövqəladə Hallar üzrə mütəxəssislər, hüquq mühafizə orqanlarının əməkdaşları və sair.

        

        

        

        

         

Kurslarımız:

1. Ümumi (Qeyri texniki) Kəşfiyyat Kursu - 10 gün
2. Əsas Minaaxtarma Kursu (İlk Yardım kursu daxildir) - 25 gün
3. Texniki Kəşfiyyat Kursu - 15 gün
4. Döyüş Ərazisinin Təmizlənməsi Kursu - 20 gün
5. EOD Kursları. (IMAS I və II dərəcələr) - 20 gün
6. Bölmə və Qrup Rəhbəri Kursu - 15 gün
7. Minaaxtarma üzrə Supervayzer Kursu - 15 gün
8. Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət Kursu - 15 gün
9. Təlimat Metodları Kursu - 15 gün
10. Sahə Səviyyəli İdarəetmə Kursu - 10 gün
11. Mina Təhlükəsi üzrə Maarifləndirmə Kursu - 5 gün
12. İnformasiyanın İdarəolunması Kursu.  - 5 gün
13. Coğrafi İnformasiya Sistemi Kursu. (İng: GIS) - 10 gün
14. Mexaniki Təmizləməyə İneqrasiya Kursu - 5 gün
15. İt bələdçiləri üçün İnteqrasiya Kursları - 5 gün
16. İt bələdçisi Kursu - 60 gün
17. Mexaniki Minatəmizləmə Maşın Operatoru Kursu - 30 gün
18. Su Quyularının Təmizlənməsi Kursu - 10 gün
19. Evlərin Partlayıcı Qurğulardan Təmizlənməsi Kursu - 10 gün
20. Həkimlərin İnteqrasiyası Kursu - 10 gün
21. D-Mine Kursu - 10 gün

 

Qurumun təlim keçmişi və əsas nailiyyətləri

ANAMA-nın TTKT Qurumu 2001-ci ildə Agentliyin mina aksiyası üzrə təlim və keyfiyyətin təminatı üzrə ehtiyaclarının qarşılanması üçün yaradılmışdır. Yaradıldığı vaxtdan başlayaraq TTKTQ Azərbaycanda və Xarici ölkələrdə keçirilmiş bir sıra təlim kurslarında iştirak etmişdir. Təlimlər beynəlxalq texniki məsləhətçilər və təcrübəli mütəxəssislərin təmsil etdikləri aşağıdakı təşkilatlar tərəfindən keçirilmişdir: BMT, ABŞ Avropa Komandanlığı, ABŞ Hərbi Dəniz Qüvvələri, ABŞ Müdafiə Coğrafi Kəşfiyyat Məktəbi, Humanitat Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzi, "James Madison University", "John Hopkins University", "Cranfield University", "Mines Advisory Group", "Armor Group", "RONCO", "Way Industry" və sair.. Hazırda heyətimiz 33 müxtəlif sertifikat sahibidir. TTKTQ, xarici texniki dəstəkdən asılı olmadan tam milli heyətdən ibarətdir. 18 nəfərlik tam səlahiyyətli və təchizatlı TTKT-Qurumu ANAMA-nın Direktoruna tabedir. TTKTQ-nin uğur və təcrübəsinin beynəlxalq səviyyədə tanınması, ANAMA-nı Təlim və Keyfiyyət sahələri üzrə tələb olunan agentlik səviyyəsinə çatdırmışdır. Ölkədaxili öhdəliklərdən əlavə olaraq TTKT Qurumuna beynəlxalq təşkilatlardan və mina aksiyası iştirakçılarından təlim və keyfiyyətin təminatı üzrə təkliflər daxil olmuşdur. Məsələn: NATO-dan daxil olmuş müraciətlər əsasında və ANAMA-nın tender qalibi olması nəticəsində ANAMA tərəfindən Gürcüstan Silahlı Qüvvələrinə təlim kursları keçirilmişdir. Türkiyədən daxil olmuş müraciətlər əsasında Türkiyə Müdafiə Sənayesi Nazirliyinin mühəndislərinə təlim kursları keçirilmişdir. Əlavə olaraq Türkiyə-Suriyə sərhəddinin minalardan təmizlənməsi üçün Türkiyənin komersiya təşkilatının mülki şəxslərinə minatəmizləmə təlimləri keçirilmişdir. 2014-cü ilin noyabr ayından başlayaraq ANAMA Azərbaycan Respublikası Daxili qoşunlarının 200 nəfər həbçi və polis heyətinə BMT-nin İMAS standartlarına uyğun Humanitar Minatəmizləmə Kursları və İMAS-ın EOD 1 dərəcəsi üçrə sursatların ləğvi dərsləri keçirir. NATO-nun NSPA agentliyin əlavə müraciətləri əsasında Gürcüstan həbçilərinə və "Delta" qrupuna Ferex DLG Operatoru Kursları keçirilmişdir. Əlavə olaraq 2017 ildə ATƏT-in lahihəsi çərçivəsində ANAMA Ukrayna vətəndaşlarına kurs keçirmişdir.

ANAMA-nın Türkiyə respublikasında keçirdiyi təlimlərdən sonra Türk və Azərbaycanlı minaaxtaranları tərəfindən Türkiyədə minlərlə mina aşkarlanıb.

      

Keyfiyyətin təminatı – Monitorinq

TTKTQ-nin təlimatçıları müntəzəm olaraq ANAMA-nın qrupları və icraçı QHT-lər tərəfindən həyata keçirilən əməliyyat və xidmətlər üzərində aşağıdakı sahələri əhatə edən monitorinqlər aparırlar: təhlükəsizlik, qaydaların tətbiqi, avadanlıqların istismarı, əməliyyatların keyfiyyəti, partlatma işləri, təchizat, tibbi xidmət, Standart Əməliyyat Prosedurlarına riayət olunması və sair. Monitorinqlərə Müşahidə, Qeydiyyat, Təlimat və Hesabat sistemi ilə yanaşılır. Nəticə etibarı ilə aşkar olunan bütün problem və çatışmazlıqlar barədə ANAMA BQ-na məlumatlar təqdim olunur. TTKT Qurumu Azərbaycanda aparılan monitorinqlərdən əlavə olaraq, Gürcüstan və Türkiyə Respublikalarında da monitorinqlər həyata keçirmişdir.

 

Xarici keyfiyyət yoxlaması - İnspeksiya

TTKTQ-nin Xarici Keyfiyyət Yoxlaması üzrə Qrupu Milli və Beynəlxalq standartların və Keyfiyyət üzrə Standart Əməliyyat Qaydalarının tələblərinə uyğun olaraq Agentlik və icraçı QHT-lər tərəfindən təmizlənməsi tamamlanmış sahələrdən yekun nümunələr götürərək sahələrin nə dərəcədə təmizləndiyi müəyyən edir.
Əsas məqsəd ərazilərin standart və tələblərə uyğun şəkildə təmizləndiyinə, öncədən müəyyən olunan dərinliyədək axtarıldığına, ərazinin bütün sursatlardan tam təmizləndiyinə və son istifadəçilərin təhlükəsizliyinin təmin olunduğuna əminlik yaratmaqdan ibarətdir. Normal olaraq bütün uyğunsuzluqlar araşdırılır və müvafiq korrektiv addımlar aparılır. Azərbaycanda aparılan XKY-lardan əlavə olaraq XKY qrupu 3 dəfə Türkiyə Respublikasında yoxlamalar aparmışdır.

 

ANAMA-nın skaner imkanları

Skaner Qrupu (SQ) Döyüş Ərazilərinin Təmizlənməsi əməliyyatlarına və Xarici Keyfiyyət Yoxlaması üzrə qruplara dəstək verir. Boşuna qazma işlərinin həyata keçirilməməsi və minlərlə dəmir parçasından yan keçilməsi üçün SQ tərəfindən EOD qrupuna kömək göstərilir. Daha dərin və metalla çox kirlənmiş ərazilərdə əməliyyat aparılması üçün tapşırıq verildikdə, adi maqnetik lokatorlar çox vaxt effektiv olmur. Belə hallarda ANAMA tərəfindən Ferex DLG, Ferex APİ, Vallon D1 vəya D2 tipli cihazlardan istifadə olunur. 2016-ci ildə keçmiş sovetlər birliyindən qalmış geniş hərbi poliqonların təmizlənməsi ilə əlaqədar olaraq Dövlət tapşırığının icrası üçün ANAMA tərəfindən yeni texnologiyalar sayılan Multukat və Sensis adlı xüsusi avadanlıqlardan istifadə olunmuşdur. Ferexdən istifadə edən operator hətta iri metal obyektlərin yaxınlığına axtarış apara bilir. Tələb olunduqda Skaner qrupu Döyüş Ərazilərinin Təmizlənməsi qruplarını yeraltında yerləşən ferromaqnetik obyektlərin ölçüsünü və yerləşməsini əks etdirən yeraltı xəritələrlə təmin edə bilir. Skaner Qrupu DataLine və Data2Line kompyutor təhlil proqramlarından istifadə edir. 2017-ci ildə ABŞ hökumətinin maliyyə dəstəyi ilə ANAMA üçün Ebinger Magnex cihazı alınmış və bu mövzuda ABŞ AVROKOM tərəfindən təlim kursu keçirilmişdir.

 

 

ANAMA “Göygöl Regional Təlim Bazası”

Göygöl Regional Təlim Bazası (GGRTB), (TTKTQ-nin yerləşdiyi və müxtəlif təlimləri tədris etdiyi mərkəzexpertlər tərəfindən tam təchizatlı və yerli və beynəlxalq səviyyəli təlimlərin keçirilməsi üçün uyğun hesab edilmişdir.
Yerləşmə: GGRTB Göygöl şəhərində yerləşir. Bakı şəhərindən 360 km qərb istiqamətində, Gəncə şəhərindən isə (Azərbaycanın 2-ci böyük şəhəri) 10 km cənubda yerləşir.
Təlim şəraitləri: GGRTB ofis və digər tikililərdən əlavə olaraq 2 tədris binasından ibarətdir: hər 2 sinif otağı (1cisi 24 nəfərlik, 2cisi isə 60 nəfərlikdir) kompyutorlarla, lazer proyektorları ilə təchiz olunub. Bazada əlavə olaraq konfrans/müşavirə otağı var.
Dillər: ANAMA TTKTQ-nin təlimatçıları Azərbaycan, Rus, Türk və İngilis dillərində dərs keçə bilirlər. Digər dildə danışan heyət üçün təlim sifarişləri olduqda tərcümə xidmətlərində istifadə olunur.
Digər binalar: 28 nəfərlik 4 otaqlı kazarma, hamam otağı və mətbəxi olan 2 otaqlı qonaq evi, 7 nəfərlik və 6 nəfərlik 2 bina, 8 çox gözəl otel otaqları, 7/24 internet, çamaşırxana, isitmə stansiyası, qaraj və 72 nəfərlik yeməkxana. Tələb olunan hallarda Gəncədə yerləşən otel xidmətlərindən də istifadə olunur. Bu kimi hallarda Hoteldən Bazaya transferlər təşkil olunur. Gəncə şəhərində Beynəlxalq Aeroport yerləşir.

İdman: Voleybol, basketbol, masa tenisi. Bazada fitnes otağının yaradılması da nəzərdə tutulur.
Mühafizə: Baza 24 saat mühafizə olunur.
Rabitə: İnternet (xətt və WiFi), telefon, radio-stansiyalar, faks və şəbəkəyə qoşulmuş kütləvi çap imkanı olan rəngli "Workstation" printeri.