AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

Layihələri icraetmə prinsipləri

Humanitar minatəmizləmə fəaliyyətinin özünəməxsusluğu nəticəsində ANAMA öz ənənəvi humanitar yardım prinsipləri ilə yanaşı üç prinsipə əsaslanır: təhlükəsizlik, effektivlik və səmərəlilik.

Təhlükəsizlik:

İşçi heyətin və minatəmizləmə fəaliyyətinin başqa iştirakçılarının təhlükəsizliyi ANAMA-nın ən böyük qayğısıdır. Təmizlənmiş əraziləri istifadə edəcək sakinlərin təhlükəsizliyi də eyni dərəcədə vacibdir. Bunların hamısı milli və beynəlxalq standartlara, minaaxtaranların təhlükəsizlik tədbirlərinə riayət etmək, düzgün idarəetmə, maliyyə və təchizat yolu ilə həyata keçirilir.

Effektivlik:

ANAMA öz fəaliyyətinin effektivliyinə məlumatların mütəmadi təzələnməsi, icmaların maraqlarının nəzərə alınması, prioritetləşdirmənin milli meyarlarına riayət edilməsi, inkişaf və yardım təşkilatları ilə açıq məsləhət və əlaqələndirmə aparılması yolu ilə nail olur.

Səmərəlilik:

Səmərəliliyə və qiymətlərin əlverişliliyinə təlimlərin keçirilməsi, real prioritetlərin seçilməci, əməliyyat prosedurlarının təkmilləşdirilməsi, yerlərdə monitorinq keçirilməsi və müvafiq resursların ayrılması yolu ilə nail olunur.