Azerbaijan National Agency for Mine Action English  ENG Azeri   AZE

Decree of President Heydar Aliyev

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI

Azərbaycan Respublikası Hərbi Əməliyyatlar Nəticəsində İşgal Olunmüş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının Nəznində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yarabılması barədə


Azərbaycan Respüblikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması ilə bağlı öz doğma yurdlarına qayıtmış əhalinin tam təhlükəsizliyini təmin etmək məqsədi ilə qərara alıram:

1.Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən qurulması üzrə Dövlət Komissiyasının nəznində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi uzrə Ağentliyi yaradılsın.

2.Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasına tapşırılsın ki:

-Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyi haqqında əsasnamənin layihəsini və Agentliyin işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətindən Azərbaycan Respublikasının Nazirlən Kabinetinə təqdim etsin;

-Azərbaycan Respublikası Ərazilənin Minalardan Təmizlənməsi üzrə Ağentliyin fəaliyyət göstərməsini təmin etsin.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, " 18 " iyul 1998-cı il
№ 854