AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ ÜZRƏ MİLLİ AGENTLİK English  ENG Azeri   AZE

ANAMA HAQQINDA


Ümummilli Lider
Heydər Əliyevin sərəncamı
(1993-2003)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 1998-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 854 saylı sərəncamı əsasında Ərazilərin Yenidənqurma və Bərpa Komitəsinin nəzdində yaradılmışdır. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti planlaşdırmaq,  əlaqələndirmək, idarə və nəzarət etməklə bərabər həm də icraçı təşkilat kimi Azərbaycan Hökumətilə BMTİP arasında 2 aprel 1999-cu ildə imzalanmış Azərbaycanda Mina Təhlükəsilə Mübarizə üzrə birgə Proqramı həyata keçirir (layihə N AZE/98/003, mövzu: “Böhranların Qarşısının Alınması və Aradan Qaldırılması”). Agentlik aşağıda ümumi icmalı verilən Azərbaycanın Milli Strateji Planı və ANAMA Prinsipləri əsasında fəaliyyət göstərir.

Qısa məlumat

Azərbaycanda iki cür mina/partlamamış hərbi sursat (PHS) problemi mövcuddur: Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərdə və işğaldan azad edilmiş ərazilərdə olan mina/PHS problemi. Layihə elə işlənilib ki, hazırda işğaldan azad edilmiş torpaqlarda tədqiqat, xəritəçəkmə və minatəmizləmə əməliyyatlarının aparılmasına və gələcəkdə işğaldan azad ediləcək torpaqlarda PHS probleminin həlli istiqamətində hazırlıq işlərinin aparılmasına şərait yaratsın.

Vəzifələr

Layihənin əsas vəzifəsi hazırda işğaldan azad edilmiş ərazilərdə mina/PHS-ə dair bütün fəaliyyətin planlaşdırılması, əlaqələndirilməsi və idarə edilməsini və gələcəkdə azad ediləcək ərazilərdə həmin işlərin davam etdirilməsini həyata keçirə bilən milli potensialın yaradılması.

Layihənin Nəticəsi

Bu layihə minaların partlaması nəticəsində baş verən ölüm və zərərçəkmə hallarının sayını azaldaraq məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına şərait yaradacaq. Layihə həmçinin infrastrukturun yenidənqurulması və bərpasına, əhalinin gəlir mənbəyi yaradan fəaliyyət ilə məşğul olmasına və qida ehtiyaclarının ödənilməsinə imkan yaradacaq.

Layihənin əsas nailiyyət və nəticələri

  • ANAMA-nın Bakıdakı Baş Qərargahı, Füzuli və Göygöl rayonlarında yerləşən iki Regional Baza, Tərtər, Ağcabədi, Ağstafa və Bakıda yerləşən 4 əməliyyat mərkəzi işə tam hazır vəziyyətdədir
  • Mina Təsirinin Tədqiqatı başa çatıb, əldə olunan məlumatlar xəritələrə köçürülüb və saxlanılır
  • Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) təlimləri tədris proqramına daxil edilərək müharibədən zərərçəkmiş ərazilərdə yerləşən 1200 məktəbdə 55,000 şagirdi əhatə edir
  • Müharibədən zərərçəkmiş 10 regionda 158 icma əsaslı MTM komitələri fəaliyyət göstərir
  • Azərbaycanda Mina Təhlükəsilə Mübarizə sahəsində 632 işçi, 49 Mina Axtaran İtlər (MAİ) və 6 Mexaniki Minatəmizləmə Maşınları (MMM) çalışır
  • Milli Təlim və Keyfiyyətə Təminat Qurumu yaradılaraq işə tam hazır vəziyyətdədir
  • 523 990 199 kv.m ərazi ixtisar edilib, təmizlənib və yerli hakimiyyət orqanlarına təhvil verilib
  • 796 754 mina və PHS məhv edilib
  • Ölkədə minadan zərərçəkənlərin ehtiyaclarının öyrənməsinə dair tədqiqat aparılıb.