Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

ANAMA haqqında

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 1998-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 854 saylı sərəncamı əsasında Ərazilərin Yenidənqurma və Bərpa Komitəsinin nəzdində yaradılmışdır. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti planlaşdırmaq,  əlaqələndirmək, idarə və nəzarət etməklə bərabər həm də icraçı təşkilat kimi Azərbaycan Hökumətilə BMTİP arasında 2 aprel 1999-cu ildə imzalanmış Azərbaycanda Mina Təhlükəsilə Mübarizə üzrə birgə Proqramı həyata keçirir (layihə N AZE/98/003, mövzu: “Böhranların Qarşısının Alınması və Aradan Qaldırılması”). Agentlik Dövlət Proqramları, Hökumət tapşırıqları və ANAMA Prinsipləri əsasında fəaliyyət göstərir.